Donald Tramp prezident maaşından imtina edəcək, əgər...
Bizi izləyin

Dünya

Donald Tramp prezident maaşından imtina edəcək, əgər...

ABŞ prezidentliyinə namizəd Donald Tramp qələbə qazanacağı halda Herbert Huver və Con Kennedi kimi prezident maaşından imtina edəcək.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident postuna iddiaçının özü seçicilərlə görüşündə bildirib.

Hazırda prezidentin maaşı ildə 400 min dollar təşkil edir.

“Forbes” jurnalının qiymətləndirməsinə görə, amerikalı milyarder 4,1 milyard dollar sərvəti ilə planetin ən zəngin insanlarının siyahısında 405-ci yerdədir. Amma bu ilin iyununda milyarderin özü iddia edib ki, onun sərvəti 10 milyard dollardan çoxdur.

Daha əvvəl mədən sənayesində milyonlar qazanan ABŞ-ın 31-ci prezidenti Herbert Huver və varlı ailənin üzvü olan 35-ci prezident Con Kennedi maaşından imtina edib. Onlar bu pulu xeyriyyəçilik üçün xərcləyiblər. Donald Tramp isə imtina edəcəyi maaşı nəyə xərcləyəcəyini açıqlamayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm