Rusiya Suriyada koalisiyaya qoşulmaqdan imtina etdi
Bizi izləyin

Dünya

Rusiya Suriyada koalisiyaya qoşulmaqdan imtina etdi

Rusiya Suriyada İŞİD döyüşçülərinə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşula bilməz.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəli həmkarı ilə görüşündə deyib. Sergey Lavrov deyib ki, bu koalisiya qeyri-qanunidir və saxta bünövrə üzərində qurulub.

"ABŞ və onun müttəfiqləri Suriya prezidenti Bəşar Əl-Əsədlə əməkdaşlığı rədd etməməlidir. Əsəd regionda terrorçuluğa qarşı mübarizə aparan güclü quru qüvvələrinə malikdir", - Lavrov əlavə edib.

Ağ Ev isə iddia edir ki, Əsəd regionda qüdrətini itirib və onun Suriyanın gələcəyində iştirakı qeyri-mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm