Şəhid polisin qisası alındı: PKK liderləri öldürüldü
Bizi izləyin

Dünya

Şəhid polisin qisası alındı: PKK liderləri öldürüldü

Türkiyənin Tunceli vilayətində PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişatında PKK üzvlərinin olduğu bəzi nöqtələrə havadan zərbələr endirilib.

“Şəhid polis məmuru Aydın Nazillioğlu” adlanan əməliyyat zamanı terror aktlarına hazırlaşan və aralarında yüksək rütbəli təşkilat üzvlərinin də olduğu çoxlu sayda terrorçu öldürülüb.

Tunceli valiliyindən verilən məlumata görə, bölgədə PKK-ya qarşı əməliyyatlar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm