PKK-ya tarixin ən ağır zərbəsi: TSK rəqəmləri açıqladı – VİDEO
Bizi izləyin

Dünya

PKK-ya tarixin ən ağır zərbəsi: TSK rəqəmləri açıqladı – VİDEO

PKK terror təşkilatına qarşı 74 gün ərzində aparan əməliyyatlarda uğurlu nəticələr əldə olunub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 22 iyuldan ölkə daxilində və Şimali İraqda həyata keçirilən əməliyyatlarda 1198 terrorçu öldürülüb.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) açıqladığı məlumata görə, PKK-nın Şimali İraqdakı üzvlərinin təxminən üçdə ikisi məhv edilib. PKK və onun gənclik qanadı YDG-H başda olmaqla terror təşkilatlarına qarşı 24 iyul tarixindən keçirilən əməliyyatlarda 2598 nəfər saxlanılıb, onlardan 708-i həbs olunub.

Bu müddət ərzində həyata keçirilən terror hücumlarında 124 təhlükəsizlik işçisi (əsgər, polis və mühafizəçi) şəhid olub, 3-ü İran vətəndaşı olmaqla 354 nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm