Əsədin 56 əsgəri edam edildi
Bizi izləyin

Dünya

Əsədin 56 əsgəri edam edildi

Müxalif qüvvələr Suriyanın İdlib vilayətində yerləşən Abu ad-Duxur hərbi bazasında hökumət ordusunun 56 əsgərini edam edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatının rəhbəri Əbdürrəhman Ramisi bildirib.

“Biz verdiyimiz informasiyanı təsdiq edə bilərik. Bizdə şahidlər və şəkillər var”, - təşkilatın rəhbəri bildirib.

O əlavə edib ki, hadisə bir neçə gün əvvəl baş verib.

Suriya silahlı qüvvələri sentyabrın 9-da aerodrom üzərində nəzarəti itiriblər. Qarnizon ikiillik döyüşlərdən sonra öz mövqelərini tərk etməyə məcbur olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm