Android istifadəçiləri TƏHLÜKƏDƏ
Bizi izləyin

Dünya

Android istifadəçiləri TƏHLÜKƏDƏ

İnformasiya təhlükəsizliyi mütəxəssisləri Android istifadəçilərinə xəbərdarlıq ediblər. Xəbərdarlıqda bildirilib ki, ekrana şifrə qoysanız belə, Android cihazınızın təhlükəsizliyinə etibar etməyin.

Publika.az xəbər verir ki, mütəxəssislər Android sistemli telefonlarda şifrənin asanlıqla ələ keçməsinə imkan verən boşluq aşkar edib. Bu boşluq Android 5.0 və 5.1.1 versiyalarında var.

Android təhlükəsizlik qrupu, Texas Universiteti tərəfindən ortaya çıxarılan problemin bu ay tətbiq ediləcək yenilikdən sonra həllini tapacağına söz vermişdi. Bu cihazların sifrəsini “sındırmaq” fiziki müdaxilə vasitəsilə mümkündür. Daha sonra istifadəçiyə məxsus bütün fərdi məlumatları ələ keçirmək olar. Hələ problemi aradan qaldırmayan mütəxəssislər istifadəçilərə müvəqqəti həll olaraq PİN və ya naxış əsaslı kodlardan istifadə etməyi tövsiyə edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm