• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ-ın Məkkə faciəsi ilə qisas aldığına dair daha bir fakt: Obamanın şok fotosu

  • Dünya
  • 19 Sentyabr 2015 19:15
  • 2 982 Baxış
ABŞ-ın Məkkə faciəsi ilə qisas aldığına dair daha bir fakt: Obamanın şok fotosu

Məkkədə kranın aşması nəticəsində baş verən faciənin öncədən planlaşdırıldığı haqda ehtimallar getdikcə çoxalır.

Publika.az xəbər verir ki, 100-dən artıq insanın öldüyü faciəyə səbəb olan kran ərazidə tikinti aparan Bin Laden ailəsinə məxsus şirkət tərəfindən ora quraşdırılıbmış. Bu amil, həmçinin, faciənin Bin Ladenin törətdiyi deyilən 2001-ci il 11 sentyabr terrorunun ildönümü ilə eyni günə təsadüf etməsi bunun məqsədli şəkildə edildiyi iddialarına yol açıb.

Faciədən bir neçə saat öncə ABŞ prezidenti Barak Obamanın “Twitter” hesabında paylaşdığı foto isə bu iddiaları daha da artırıb. Belə ki, Obama sentyabrın 11-də günorta saatlarında 11 sentyabr Nyu-York terrorunun anma mərasimində iştirak etməsinin əks olunduğu fotonu paylaşıb. Fotoda anım bareylefinin yaxınlığında iki böyük kran da görünür. Bu fotonun paylaşıldığı vaxtdan bir neçə saat sonra isə Məkkədə Bin Laden ailəsinə məxsus şirkətin quraşdırdığı kran aşaraq dəhşətli faciəyə səbəb olur.

İddialara görə, ABŞ prezidenti bununla Məkkə faciəsinə işarə edib və bu, öncədən planlaşdırılmış şəkildə həyata keçirilib.

Bu iddiaların reallığı az ehtimal olunur, lakin siyasi tarixdə belə ritual addımlar da az deyil.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR