• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyada respublika prezidenti həbs olundu

  • Dünya
  • 20 Sentyabr 2015 00:40
  • 1 349 Baxış
Rusiyada respublika prezidenti həbs olundu

Cinayətkar dəstə yaratmaqda təqsirləndirilərək həbs edilən Rusiya Federasiyasının Komi respublikasının prezidenti Vyaçeslav Qayzer 25 il azadlıqdan məhrum edilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri “RİA-Novosti” agentliyinə vəkil Dmitri Aqronovski deyib.

Rusiya İstintaq Komitəsi və FSB-nin (FTX) birgə əməliyyatı nəticəsində Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer, onun müavini Aleksey Çernov, həmçinin Aleksandr Zarubin və Valeri Veselov həbs edilib.
İstintaq Komitəsi ötən gün cinayətkar şəbəkənin 19 rəhbər və üzvünə qarşı 2006-2015-ci illərdə baş verən cinayətlərə görə CM 210-cu (cinayətkar şəbəkə yaratmaq) və 159-cu (dələduzluq) maddələri ilə cinayət işi qaldırıb. Zarubin, Qayzer, Çernov və Veselovun rəhbərlik etdiyi qrup dövlət əmlakını talamaqla xüsusi ağır cinayətdə ittiham olunur.

Komi prezidentinin iş otağında aparılan axtarışlar zamanı müxtəlif qanunsuz sənədlər, o cümlədən bahalı saat kolleksiyası aşkarlanıb. Kolleksiyadakı saatlardan birinin qiyməti milyon dollardan artıqdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR