Miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə olunub
Bizi izləyin

Dünya

Miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə olunub

Xorvatiyadakı miqrantlar Sloveniya və Macarıstanın müqavimətinə rəğmən Avropa İttifaqının şimalına doğru yollarını davam edirməyə cəhd edirlər.

Publika.az BBC-yə istinadən xəbər verir ki, ötən gecə sərhədi keçməyə çalışan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub.

Xorvatiyanın xarici işlər naziri Vesna Pusic deyib ki, ölkəsi insan axınının qarşısını almaq üçün sərhəddə hasar çəkməyə ehtiyac görmür.

Vesna Pusicin bəyanatından əvvəl qeydiyyatdan keçməmiş miqrantların Budapeştə gəlməsi Macarıstan hökumətinin etirazına səbəb olub.

Macarıstan bildirir ki, Xorvatiya miqrantların Aİ ərazisinə daxil olduğu ilk ölkədə qeydiyyatdan keçirilməsini tələb edən beynəlxalq hüquq normasını pozub.

Miqrantların çoxu Sloveniya-Xorvatiya sərhədində toplaşıb. Polis onların Sloveniyaya keçməsinə yol vermir.

Cümə günü Xorvatiya bildirib ki, böyük miqrant böhranının arxasından Serbiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən yeddisi qapadılıb.

Rəsmilərin bildirdiyinə görə, Macarıstanın Serbiya ilə sərhədini hasarla qapatmasının ardından, ölkəyə 11 mindən çox miqrantın gəlməsi ilə onlar bunu etməyə məcbur olublar.

Bu arada Xorvatiyanın baş naziri Zoran Milanoviç deyib ki, miqrantların Macarıstan sərhədinə doğru getməsinə əngəl törədilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm