Əsəd Palmiraya rus bombaları atdı
Bizi izləyin

Dünya

Əsəd Palmiraya rus bombaları atdı

İslam Dövləti qruplaşmasının nəzarətində olan Palmira şəhəri indiyədək ən güclü hava bombardmanına məruz qalıb.

Mərkəzi qərırgahı Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidəsi (SOHR) qrupunun məlumatına görə, Suriya təyyarələrinin zərbələri nəticəsində, 12 silahlı da daxil olmaqla 26 nəfər öldürülüb.

İslam Dövləti dünya mədəniyyət irsinə aid edilən qədim Palmira şəhərini may ayında ələ keçirib.

Bu arada üsyançıların nəzarətində olan İdlib vilayətində daha bir hava hücumu nəticəsində 17 adam öldürülüb.

İdlib vilayyəti müxtəlif üsyançı qruplarının istehkamı sayılır.

Reuters agentliyinə danışan suriyalı hərbi mənbələr hücum vaxtı Rusiyanın təchiz etdiyi yeni növ silhahlardan istifadə olunduğunu bildiriblər.

ABŞ Rusiyanın Suriyada hərbi mövcudluğunun artmasından və Bəşər əl-Əsədə göstərilən hərbi dəstəkdən narahat olduğunu bildirib. Qərb dövlətləri hesab edirlər ki, Bəşər əl-Əsədin rejiminə hər hansı dəstək yalnız ölkədəkli hərbi münaqişənin uzanmasına səbəb olacaq.

Moskva bildirir ki, Suriya ordusunu hərbi-texniki əməkdaşlıq müqavilələri əsasında təchiz edir.

Cümə günü son bir ildə ilk dəfə olaraq telefon əlaqəsi quran ABŞ və Rusiya müdafiə nazirləri Suriyadakı böhranlı vəziyyəti müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm