Zooparkda faciə: Pələng heyvanxananın qadın əməkdaşını parçaladı
Bizi izləyin

Dünya

Zooparkda faciə: Pələng heyvanxananın qadın əməkdaşını parçaladı

Yeni Zelandiyanın Hamilton şəhərindəki heyvanxanada pələng qadın əməkdaşa hücum edib. Qadın aldığı yaralardan keçinib.

Publika.az xəbər verir ki, hadisə zamanı heyvanxanadakı bütün ziyarətçilər təcili təxliyə olunublar. Əraziyə tibb işçiləri, polis və xilasedicilər cəlb edilib. Polisin bildirdiyinə görə, hadisənin təfərrüatları hələ tam aydınlaşdırılmayıb.

Qadına hücum edən pələng bu heyvan növünün ən aqressiv nümayəndəsi sayılan Sumatra pələngi olub. Hamilton heyvanxanasında hazırda beş belə pələng var. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm