Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Tehrana səfər edib
Bizi izləyin

Dünya

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Tehrana səfər edib

Sentyabrın 20-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Yukiya Amano Tehrana səfər edib.

Səfər çərçivəsində Y. Amono İran İslam Respublikasının prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmmdə Cavad Zərif ilə görüşlər keçirəcək. Bu görüşlərdə İranın nüvə proqramı ilə əlaqədar “altılıq” dövlətlərilə əldə etdiyi razılaşmanın gələcək perspektivləri müzakirə olunacaq.

İran mətbuatının məlumatına görə, Y. Amano İran İslam Şurasında razılaşmanın müzakirəsində də iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm