PKK-çılar mühasirəyə alındı: 3 terrorçu öldürüldü
Bizi izləyin

Dünya

PKK-çılar mühasirəyə alındı: 3 terrorçu öldürüldü

Türkiyənin Qars vilayətinin Kağızman mahalında təhlükəsizlik gücləri ilə PKK terrorçuları arasında silahlı qarşıdurma olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurmada 3 terrorçu öldürülüb.

Təhlükəsizlik gücləri bu gün günorta saatlarında nəqliyyata bağlı olan Karakurt- Kağızman avtomobil yolunda hərəkəti təmin etmək üçün bölgəyə gedib. PKK terrorçuları dağlıq ərazidən təhlükəsizlik güclərinə atəş acıblar. Təhlükəsizlik güclərinin atəşə cavab verməsi ilə baş verən ilk qarşıdurmada bir terrorçu məhv edilib.

Bundan sönra bölgəyə xüsusi təyinatlılar və vertolyotlar göndərilib. Mühasirəyə alınan terrorçular “təslim ol” çağırışına atəşlə cavab veriblər. Qarşıdurmada daha 2 terrorçu öldürülüb.

Karakurt-Kağızman avtomobil yolunda hərəkəti təmin etmək isə hələ mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm