Qaçanların acı taleyi: ya narkotik satıcısı, ya da seks köləsi
Bizi izləyin

Dünya

Qaçanların acı taleyi: ya narkotik satıcısı, ya da seks köləsi

Ölkələrində baş verən silahlı qarşıdurmalardan qaçaraq Avropa ölkələrinə axın edən qaçqınlar alçaldıcı bir həyatla qarşılaşırlar.

Publika.az BBC-yə istinadən xəbər verir ki, çoxu kimsəsiz olan qaçqın uşaqları Avropada həyatda qalmaq uğrunda mübarizə aparırlar.

Yalnız bu il gəmilərlə İtaliyaya gedən qaçqınların 12 mindən çoxu yetkinlik yaşına çatmayan uşaqlardır. Onların böyük bir hissəsinin (təxminən 9 mini) isə yanlarında valideynləri yoxdur.

BBC-nin apardığı araşdırma Yaxın Şərq və Afrika ölkələrindən Avropaya gedən uşaqlar və yeniyetmələrin narkotik və insan tacirlərinin əlinə düşdüyünü ortaya çıxarıb. İtaliyaya çatan uşaqların çoxu küçələrdə yaşayır, narkotik satır və seks köləsinə çevrilərək insan tacirlərinə pul qazandırırlar.

BBC bu uşaqların bəziləri ilə tək-tək görüşərək onların başına gələnləri öyrənməyə çalışıb.

14 yaşındakı Xalidin danışdıqları Avropaya sığınan qaçqın uşaqların üzləşdiyi həyatı tam çılpaqlığı ilə ortaya qoyur. Xalid Romada narkotik satır. “İtaliyada sığınacaq axtaran uşaqlar ya narkotik satmalı, ya da italiyalı kişilərlə cinsi əlaqəyə girməlidir. Qarnımı doyurmaq üçün narkotik satmağa başladım. Digər qaçqın uşaqlar kimi italyan kişilərlə cinsi əlaqəyə girməmək üçün buna məcbur idim. Misirli, tunuslu və mərakeşli uşaqlar cinsi əlaqə üçün 40 dollar, bəzən 60 dollar alırlar”, - o, deyib.

Uşaqların çoxu müsəlman mühafizəkar ailələrdən gəlir və bu vəziyyəti qəbul etmək onlar üçün çox çətindir.

Xalid bildirir ki, yaşlarının az olması italiyalı kişilər üçün heç fərq etmir: “Adamlar bizə yemək üçün bəzi şeylər verirlər. Bəzən də siqaret verirlər. Daha sonra isə ciblərindəki pulu göstərib cinsi əlaqəyə girmək istəyirlər”.

Qaçqın qızların faciəsi isə insan qaçaqmalçıları ilə başlayır. Onlar insan qaçaqmalçılarına borclarını ödəmək üçün seks köləsi olaraq çalışırlar. Onların göstərdiyi “xidmət”in haqqı isə 20 dollardır. Qızların çoxu isə 13-14 yaşlarındadırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm