• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Con Kerri: ABŞ qaçqın qəbulu kvotasını qaldıracaq

  • Dünya
  • 21 Sentyabr 2015 07:42
  • 252 Baxış
Con Kerri: ABŞ qaçqın qəbulu kvotasını qaldıracaq

ABŞ dövlət katibi Amerikanın illik qaçqın qəbulu kvotasını artıracağını bəyan edib. Con Kerri deyib ki, 2017-ci ilədək ABŞ-a 100 min insan qəbul ediləcək.

Avropanın İkinci Dünya Müharibəsindən sonra üzləşdiyi ən böyük qaçqın böhranı zamanı Berlində danışan Kerri Amerikanın ikinci şans və ümid ölkəsi ənənəsinə sadiq qaldığını bildirib.

Kerri Vaşinqtonun gələcək illərdə daha artıq qaçqının qəbulunun nəzərdən keçirildiyini deyib.

O bu kvotanın nə qədər olacağına dair bir söz deməsə də, Amerikanın hər zaman yardıma hazır olduğunu bildirib.

Yeni plana əsasən illik qaçqın kvotası 2016-cı ildə 70 mindən 85 minə, 2017-ci ildə isə 100 minə qalxmalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR