Türkiyə qırıcıları İraqa girdi
Bizi izləyin

Dünya

Türkiyə qırıcıları İraqa girdi

Şimali İraqla sərhəddə yerləşən Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsi səmasında PKK-ya qarşı hava əməliyyatlarına başlanılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu gün səhərdən başlayaraq, Çukurca səmasında hərbi helikopterlər və qırıcı təyyarələrinin intensiv uçuşları başlayıb.

Çukurca bölgəsi üzərindən keçən çox sayda döyüş təyyarələri və helikopterlərin Şimali İraq ərazisindəki PKK terror təşkilatının Zap, Avaşin və Hakruk düşərgələrinə yönəldiyi deyilir.

Eyni zamanda, Hakkari bölgəsinin mərkəzində də Türkiyə hərbi hava qüvvələrinə məxsus helikopterlərin intensiv uçuşları aparılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm