• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya və Ukrayna BMT-də: müharibə istəmirik

  • Dünya
  • 14 Mart 2014 16:31
  • 488 Baxış
Rusiya və Ukrayna BMT-də: müharibə istəmirik

Krım referendumu ərəfəsində Londona gələn ABŞ və Rusiya diplomatları böhran ətrafında fikir mübadiləsi aparacaqlar.Güman edilir ki, Amerikanın dövlət katibi Con Kerri Rusiyanın Krıma müdaxiləsinin sanksiyalara təkan verə biləcəyini bildirəcək.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, daha öncə Kerri “çox ciddi addımlar” atılacağını bildirib.Rusiya cümə axşamı Ukrayna ilə müharibə istəmədiyini bildirib.

"Ruslar da ukraynalılar kimi müharibə istəmir", bunu isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Rusiya səfiri Vitali Çurkin deyib.

Xatırladaq ki, cümə axşamı Ukraynanın baş naziri Arseni Yatsenyuk TŞ iclasında Rusiya və Ukrayna arasında böhran vəziyyətinin müzakirəsində bildirib ki, onun ölkəsi Rusiya tərəfinin hərbi aqressiyasının qurbanı olub.Baş nazir bildirib ki, belə aqressiv siyasət 21-ci əsrdə təsəvvür edilməzdir. Onun sözlərinə görə, Kiyev münaqişənin sülhcəsinə həll ediləcəyinə inamını itirməyib.

Yasenyuk Rusiyanı Krımdan qoşunlarını çıxarmaq və münaqişənin həlli üçün Ukrayna hökümətilə birbaşa danışıqlara çağırıb.Yeni Ukrayna höküməti bir neçə dəfə bəyan edib ki, Moskva onlarla birbaşa danışıqlardan imtina edir:”Ukrayna höküməti dialoqa açıqdır. Biz danışıqlar istəyirik, hərbi aqressiya yox”. Sonra o, üzünü Rusiya diplomatlarına çevirərək rus dilində soruşub, "Ruslar müharibə istəyirmi?"

"Ruslar da Krımda ukraynalılar kimi müharibə istəmir", Çurkin cavab verib, "Rusiya şəraitin daha da pisləşməsini istəmir".

Lakin Rusiya nümayəndəsi ukraynalı baş nazirin danışıqları başlatmaq barədə suallarına cavab verməyib. Əksinə, yeni höküməti "Ukraynanı iki hissəyə ayırmaqda" ittiham edib.

Arsen Yatsenyukun BMT Təhlükəsizlik Şurasında çıxışı, əsasən Krımdakı vəziyyətə həsr olunub. O qeyd edib ki, Ukrayna hakimiyyəti 16 marta təyin olunmuş Krım referendumunun nəticələrini tanımayacaq.“Krım Ukraynanın ayrılmaz hissəsi olub, var və olaraq qalacaq”, Yaksenyuk deyib.

Bu arada Qərb diplomatları münaqişənin dərinləşməsini dayandırmaq üçün səylərini fəallaşdırıblar.Cümə günü ABŞ dövlət katibi Con Kerri yenidən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla bu dəfə Londonda görüşüb.

Cümə axşamı Kerri, Britaniyanın xarici işlər naziri Uilliam Heyq və Almaniya kansleri Angela Merkel yenidən Rusiya və Ukrayna arasında gərginliyin artması ilə bağlı bəyanat veriblər və Rusiya hakimiyyətini Krımdakı vəziyyətin gərginləşməsinə gedəcəkləri halda sanksiyalar tətbiqi barədə xəbərdarlıq ediblər.

Parlamentdə çıxış ərzində Merkel qeyd edib ki, “əgər Rusiya son həftələr ərzində etdiyi hərəkətləri davam etdirəcəksə, bu təkcə Ukrayna üçün fəlakət olmayacaq”.

Bazar günü Aİ üzv ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiyanın silah ixracına embarqo qoyulması və Qərbdə Rusiya məmurlarının aktivlərinin dondurulması məsələsinə baxılacağı gözlənilir.Bu arada Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı bəyan edib ki, Rusiya hakimiyyəti ATƏT-in müşahidəçi missiyasının Krımda olmasını müsbət qəbul edib. Amma bu məsələdə yekun razılıq hələ əldə olunmayıb, tərəflər detalları dəqiqləşdirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR