İrəvan müstəqilliyin xilasına qalxdı – VİDEO
Bizi izləyin

Dünya

İrəvan müstəqilliyin xilasına qalxdı – VİDEO

Ermənistanın hakim Respublika Partiyasının İrəvandakı ofisinin qarşısında aksiya keçirilib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, aksiyada ölkəni idarə edən hakimiyyətə qarşı sərt tənqidlər səsləndirilib.

“Müstəqillik günü - 21 sentyabr yalnız bayram olmamalıdır, həm də müstəqillik naminə mübarizə günü olmalıdır. Ermənistanı idarə edən hakimiyyət bizim müstəqilliyimizi tapdalamaqda davam edir. Müstəqillik günündə biz Avrasiya İqtisadi İttifaqına, Serj Sarkisyanın müəllifliyi ilə yazılan Konstitusiyaya və Respublika Partiyasının hakimiyyətinə “yox” deməliyik”, - aksiyanın təşəbbüs qrupunun bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm