Saakaşvili Krımın ərzaq blokadasına qarşı çıxdı
Bizi izləyin

Dünya

Saakaşvili Krımın ərzaq blokadasına qarşı çıxdı

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Krıma gedən yolların radikallar tərəfindən tutulmasını tənqid edib.

Publika.az xəbər verir ki, qubernator Ukraynanın “Espresso TV” kanalının efirində bu cür addımların dövlət tərəfindən atılmalı olduğunu deyib.

“Bu cür addımlar silahlı cəmiyyətin bir hissəsi tərəfindən deyil, rəsmi dövlət qurumları tərəfindən atılmalıdır. Qeyri-hökumət qurumlarının bu cür hərəkətləri Ukraynanı təhdid edir”, - Saakaşvili söyləyib.

Qeyd edək ki, Krıma gedən yollar sentyabrın 20-da mühasirəyə alınıb. Krım Tatar Cəmiyyəti və “Sağ sektor” təşkilatının nümayəndələri Ukrayna ərazisindən Krıma gedən yük avtomobillərini buraxmırlar. Son məlumatlara görə, 800-ə qədər yük avtomobili yarımadanın ərazisinə daxil ola bilməyib.

Krımın statusu haqqında referendum 16 mart 2014-cü ildə keçirilib. Səsvermədə yarımada əhalisinin 96 faizindən çoxu Rusiya ilə birləşməyə tərəfdar çıxıb. Ukrayna və Qərb ölkələri referendumun qanunauyğunluğunu tanımaqdan imtina edirlər. Moskva isə iddia edir ki, Krımın Rusiyaya birləşməsi proseduru beynəlxalq hüquqa uyğun olaraq keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm