Jirinovskidən SOS: “Bizi Dövlət Dumasında zəhərləyirlər”
Bizi izləyin

Dünya

Jirinovskidən SOS: “Bizi Dövlət Dumasında zəhərləyirlər”

Rusiyanın Liberal Demokratik Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski Dövlət Dumasının kabinetlərində formaldehidin miqdarının yüksək səviyyəsindən şikayətlənib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Jirinovski bununla bağlı Dövlət Dumasının spikeri Sergey Narışkinə məktub göndərib.

O, məktubunda qeyd edib ki, formaldehidin səviyyəsi mümkün normadan səkkiz dəfə çoxdur.

Jirinovski 2013-cü ilin payızında Dövlət Dumasındakı kabinetinin yoxlanılması xahişi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətin ("Rospotrebnadzor") mütəxəssislərinə müraciət edib. Araşdırmalar formaldehidin miqdarının normadan bir neçə dəfə çox olduğunu müəyyənləşdirib. Lakin problem indiyə kimi həll edilməyib.

Qeyd edək ki, formaldehidə ekoloji təmiz olmayan mebellərdə rast gəlinir. Formaldehid kanserogen (xərçəng xəstəliyi yaradan maddələr) maddələr siyahısına daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm