Əsədə ağır zərbə: Türkiyə son dayağını məhv etdi
Bizi izləyin

Dünya

Əsədə ağır zərbə: Türkiyə son dayağını məhv etdi

Azad Suriya Ordusunun xüsusi birliyi Bəşər Əsədin ən çox güvəndiyi hərbi qrupu sayılan “Şebbiha” təşkilatının üzvlərini məhv edib.

Publika.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun xüsusi birliyi Türkiyədə hərbi təlim alıb.

Azad Suriya Ordusunun xüsusi əməliyyatlarında iştirak edən bu birlik son 3 ay içində 20-dən çox əməliyyat keçirib. Amerika mediasının yazdığına görə, xüsusi birlik 100 döyüşçüdən təşkil olunub.

Məlumata görə, yalnız “Şebbiha”lar deyil, Əsədə xidmət göstərən muzdlu əsgərlər də Azad Suriya Ordusunun xüsusi birliyi tərəfindən məhv edilib. İddiaya görə, ən çox güvəndiyi hərbi birliyin məhv edilməsini görən Əsəd Rusiya prezident Vladimir Putindən kömək istəyib. Bildirilir ki, məhz bu müraciətdən sonra Rusiya hərbçiləri Latakiya və Lazikiyə şəhərlərinə göndərilib.

Suriyada Əsədə sədaqət andı içən “Şebbiha”lar tayfalardan seçilir. “Şebbiha”lar rejim əsgərlərinin tank və top atəşi ilə vurduğu şəhərlərə hücum edir. Mütəxəssislər “Şebbiha”ların psixoloji problemlərinin olduğunu və buna görə də hücumlarda xüsusi qəddarlıq nümayiş etdirdiklərini bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm