Donuza atəş açdı, qızını öldürdü
Bizi izləyin

Dünya

Donuza atəş açdı, qızını öldürdü

Türkiyənin Ordu vilayətində bir kişi ov tüfəngi ilə səhvən atəş açaraq qızını öldürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kişi həyətinə girən donuzu vurmaq istəyərkən güllə həyətdə qonşusu ilə söhbət edən qızı Büşra Biçənə dəyib.

Yaralanan Büşra Biçən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Büsra Biçənin Qurban bayramı münasibətilə həyat yoldaşı və qızı ilə İstanbuldan atası evinə qonaq gəldiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm