Türkiyə noyabrın 1-dən sonra bölünəcək - ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Türkiyə noyabrın 1-dən sonra bölünəcək - ŞOK PROQNOZ

“Noyabrın 1-də keçiriləcək seçkilərdə HDP-nin baryeri aşa bilməməsi, yaxud bilərəkdən baryeri keçməyə imkan verilməməsi Türkiyənin bölünməsinə gətirib çıxaracaq”.

Publika.az xəbər verir ki, bu barədə müvəqqəti hökumətdə Avropa Birliyi naziri olaraq təmsil olunan HDP-li millət vəkili Heydər Konca deyib.

H. Konca iddia edib ki, Türkiyədə və bütün bu coğrafiyada demokratiyanın yenidən inşa edilməsinin yeganə açarı HDP-dir: “HDP-ni bu və ya digər formada baryeri keçməyə qoymasalar, Türkiyə bölünəcək. Bu riski heç kəs ala bilməz”.

Qeyd edək ki, Türkiyədə PKK-ya qarşı əməliyyatların başlaması və HDP-nin terror təşkilatına yardım etdiyinə dair faktların ortaya çıxmasından sonra kürdlərin partiyası ciddi səs itkisi ilə üzləşib. Iyunun 7-də keçirilən parlament seçkilərində 12 faiz səs toplayaraq 80 millət vəkili ilə parlamentə düşən HDP üçün bu dəhşətli gələcək vəd edir. Bu baxımdan, ekspertlər HDP-ni dəstəkləyən və Türkiyənin güclənməsini istəməyən qüvvələrin bütün vasitələrlə seçkinin nəticələrinə müdaxilə edəcəyini proqnozlaşdırır. Yəni HDP istənilən səsi almasa, Türkiyədə vətəndaş müharibəsinin başlaya biləcəyi haqda da ehtimallar var. Türkiyəli ekspertlərə görə, baş verən son olaylardan sonra noyabrın 1-də keçiriləcək seçkilərdə HDP-nin baryeri aşması mümkünsüzdür.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə mütəxəssisi Henri Barkeyin ötən həftə “Financial Times” nəşrinə açıqlaması da bu ehtimalları artırır.

“Ərdoğan çətin durumdadır. Ya seçkilərdə eyni nəticə çıxacaq, ya da HDP parlamentə girə bilməyəcək və şəhərlər havaya uçacaq. Türkiyənin taleyi 1 noyabr parlament seçkilərindən asılıdır. HDP TBMM-də yer almalıdır. Əks təqdirdə şəhərlər bombalanacaq”, - deyə CİA mütəxəssis bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm