• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Üsamə Bin Ladenin köməkçisi öldürüldü

  • Dünya
  • 22 Sentyabr 2015 06:11
  • 454 Baxış
Üsamə Bin Ladenin köməkçisi öldürüldü

“Əl-Qaidə” terror təşkilatının qurucularından olan Əbu Həsən əl-Tunisi təşkilatın Suriya qolu “Əl-Nüsra” Cəbhəsinin sıralarında döyüşərkən öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatından bildirilib.

Təşkilatın məlumatına görə, “Əl-Qaidə”nin keçmiş lideri Üsamə Bin Ladenin köməkçisi olan Tunisi Suriyanın şimalındakı İdlib vilayətində rejim gücləri tərəfindən ötən həftənin cümə günü öldürülüb.

Əslən tunisli olan və bir çox qarşıdurmadan yaralı olaraq sağ çıxan Tunisi ABŞ tərəfindən axtarılırdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR