Rusiya Suriyada hava əməliyyatlarına başladı
Bizi izləyin

Dünya

Rusiya Suriyada hava əməliyyatlarına başladı

Rusiya pilotsuz təyyarələrdən istifadə etməklə Suriya ərazisində hava əməliyyatlarına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Amerikanın hərbi rəhbərliyindəki mənbə bildirib.

“Reuters”in həmsöhbətləri qeyd ediblər ki, bu, Suriyanın Latakiya şəhərindən cənubda yerləşən təyyarə bazasında Rusiya qırıcılarının aşkarlanmasından sonra ilk hava əməliyyatıdır.

"Reuters"in mənbələri neçə pilotsuz təyyarənin əməliyyata cəlb olunduğunu dəqiqləşdirməyib. Agentliyin həmsöhbətləri əlavə məlumat verməkdən imtina ediblər.

Qeyd edək ki, Suriyada hərbi mövcudluğunun uzadılması və Latakiya ərazisində yeni hərbi təyyarə bazasının yaradılması üzrə Rusiyanın planları haqqında informasiyalar Qərbdə böyük rezonans doğurub. Xarici mətbuat hesab edir ki, Rusiya prezidenti Putin Ukraynadan sonra "ikinci cəbhə"ni Suriyada açmağa qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm