Rusiya təhlükəsinə 52 ədəd F-35-lə cavab verəcək
Bizi izləyin

Dünya

Rusiya təhlükəsinə 52 ədəd F-35-lə cavab verəcək

Norveç ABŞ-dan ən yaxın bir neçə il ərzində 52 ədəd beşinci nəsil F-35 qırıcı təyyarələr almaq niyyətindədir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri İnya Eriksen Syoreyde bildirib.

Onun sözlərinə görə, Oslo Baltikyanı regionda Rusiyanın açıq güc nümayişindən ehtiyat edir. Syoreyde qeyd edib ki, Norveç regionda Rusiyanın hərəkətlərini diqqətlə izləyir və bu hərəkətlərin münaqişəyə səbəb ola biləcəyindən ehtiyat edir.

Daha əvvəl “Local” internet nəşri bildirib ki, Norveç 52 ədəd beşinci nəsil F-35 qırıcı bombardmançı almaq üçün 10 milyard dollar xərcləmək niyyətindədir. Norveç hakimiyyəti ilk qırıcıları 2017-ci ildə almağı və təlim uçuşlarına başlamağı planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm