Ukrayna hərbi bazasının radiotexnika bölüyü ələ keçirilib
Bizi izləyin

Dünya

Ukrayna hərbi bazasının radiotexnika bölüyü ələ keçirilib

Ukrayna hərbi bazasının radiotexnika bölüyü ələ keçirilib

Ukraynanın Krımda yerləşən Uyotnom hərbi bazasının texniki bölməsi Rusiya hərbçiləri tərəfindən ələ keçirilib.Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Feysbuk” səhifəsində Ukrayna Müdafiə Nazirliyinin Krımda yerləşən media mərkəzinin başçısı Vladislav Seleznyov bildirib.

“Radiotexnika bölüyünün komandiri Aleksandr Yurqa bildirib ki, bu gün səhər saat 3-də rus zabitinin başçılığı ilə Rusiyanın 11 hərbi qulluqçusu bölüyü ələ keçirərək elektrik cərəyanı kəsib”, - V.Seleznyov yazıb.Məlumata görə, hazırda Ukrayna hərbi qulluqçuları hərbi əmlakın məhv edilməsinin qarşısını almaq məqsədilə ərazidə xidməti davam etdirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm