• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukrayna hərbi təlimlərə başladı

  • Dünya
  • 14 Mart 2014 17:10
  • 395 Baxış
Ukrayna hərbi təlimlərə başladı

Ukraynada hərbi hissələri döyüş qabiliyyətinin yoxlanılması məqsədi ilə hərbi təlimlərə başlayıb.

Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, parlament sədri Aleksandr Turçinov bildirib.

Bildirilir ki, A.Turçinovun özü də bu gün quru qoşunlarının taktik təlimlərini müşahidə edib. O, Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini söyləyib. Parlament sədri iqtisadi problemlərə baxmayaraq, Ukrayna Nazirlər Kabinetinin ordunu təmin etmək üçün bütün mövcud resursları səfərbər etdiyini söyləyib.

İki gün əvvəl isə Rusiya Silahlı Qüvvələrinin bölmələri Rostov, Tambov və Kursk vilayətlərində hərbi təlimlərə başlayıb. Verilən məlumata əsasən, hərbi təlimlərin keçirilməsində məqsəd qoşunlara tanış olmayan ərazilərdə döyüş təlimlərini öyrətməkdir. Sözügedən təlimlərin mart ayının axırlarına kimi davam edəcəyi nəzərdə tutulur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR