Rusiya Donbasdakı muzdlularını Suriyaya göndərir - İDDİA
Bizi izləyin

Dünya

Rusiya Donbasdakı muzdlularını Suriyaya göndərir - İDDİA

Rusiya 190 muzdlunu Ukraynanın Luqansk vilayətindən Suriyaya göndərəcək.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukraynanın xalq deputatı Dmitri Tımçuk yazıb.

Onun sözlərinə görə, 190 Rusiya muzdlusu Suriyaya göndərilməsi üçün Luqansk vilayətindən geri çağırılıb. Həmin muzdluların “Don” batalyonunun sıralarında olduğunu deyən deputat qeyd edib ki, batalyonun tərkibində yalnız lider heyət və snayperlər bölməsi qalacaq.

Qərb iddia edir ki, Rusiya Suriyanın Latakiya şəhərinin yaxınlığında yerləşən aerodromda müdafiə sistemi yaradır. Amerika kəşfiyyatının məlumatına görə, aerodromda Rusiyanın 7 ədəd T-90 tankı görünüb. Mənbələr həmçinin iddia edir ki, Rusiya aerodromda artilleriya kompleksləri yerləşdirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Ceff Devis sentyabrın 14-də bildirib ki, Rusiya Latakiyadan cənubda baza yaratmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm