“Lüks həyat yoxdursa, cihad da yoxdur” – İŞİD-çilərin şok etirafları
Bizi izləyin

Dünya

“Lüks həyat yoxdursa, cihad da yoxdur” – İŞİD-çilərin şok etirafları

Radikallaşmanın Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (İCSR) İŞİD üzvlərinin təşkilatdan ayrılma səbəblərini araşdırıb.

Publika.az xəbər verir ki, təşkilat 17 fərqli ölkədən İŞİD-ə qatılan, lakin daha sonra təşkilatdan ayrılan 58 nəfərlə söhbət edib.

İCSR qeyd edir ki, təşkilatın üzvləri əsasən dörd səbəbə görə İŞİD-dən ayrılırlar: İŞİD-in təbliğat videolarında göstərilən lüks həyat tərzinin gerçəkliyi əks etdirməməsi, təşkilatın onlara verdikləri vəzifələrin darıxdırıcı olması, məruz qaldığı zorakılıq və təşkilatın daxilindəki sui-istifadə halları.

Hesabata görə, İŞİD-dən ayrılan silahlılardan biri təşkilatın Əsəd rejimi ilə döyüşməkdən daha çox digər sünni qruplara qarşı döyüşməsini tənqid edib.

Təşkilat daxilindəki qarşıdurmalar, üzvlərinə “casus” və “xain” kimi damğalarına vurulması da onları İŞİD-dən soyudan səbəblər arasındadır.

İŞİD-dən ayrılanlardan birinin sözlərinə görə, təşkilat daxilində irqçilik hökm sürur. Məsələn, Hindistandan təşkilata qatılan bir nəfərə dərisinin rənginə görə tualet təmizləmə “vəzifə”si verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm