NATO-dan Türkiyəyə PKK xəbərdarlığı: “Sərhədləri keçməyin”
Bizi izləyin

Dünya

NATO-dan Türkiyəyə PKK xəbərdarlığı: “Sərhədləri keçməyin”

Şimali Atlantika İttifaqının (NATO) baş katibi Jens Stoltenberq Türkiyənin baş naziri Əhməd Davudoğluya PKK-ya qarşı həyata keçirilən hava hücumları ilə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, BBC telekanalına açıqlama verən baş katib hava hücumlarının PKK ilə sülh danışıqlarına təhlükə yaratdığını söyləyib.

“Türkiyə də daxil olmaqla hər ölkənin özünü müdafiə etmə haqqı var. Amma bu müdafiə müəyyən ölçülər daxilində qalmalı və problem lazımsız yerə böyüdülməməlidir. Hücumlar problemin siyasi yollarla həlli üçün göstərilən səylərə maneə törətməməlidir”, - NATO-nun baş katibi deyib.

Terror hücumlarından qorunması üçün NATO-nun Türkiyəyə yardım etməsinə gəlincə, o əlavə edib ki, Türkiyə NATO olmadan da özünü müdafiə edə bilər: “Türkiyənin böyük ordusu və güclü təhlükəsizlik gücləri var. Buna görə də gələcəkdə Türkiyəyə hərbi yardımın edilməsi müzakirə mövzusu deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm