• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bağdadi İŞİD-in rus və amerikalı liderlərinə “geri çəkilin” əmri verdi

  • Dünya
  • 22 Sentyabr 2015 17:07
  • 1 552 Baxış
Bağdadi İŞİD-in rus və amerikalı liderlərinə “geri çəkilin” əmri verdi

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi qruplaşmanın İraqın Ənbar vilayətindəki liderlərinə Suriyaya geri çəkilməsi üçün əmr verib.

Publika.az xəbər verir ki, bu barədə Şimali İraq regional kürd rəhbərliyinə yaxınlığı ilə tanınan “Rudaw” saytı bildirib.

Saytın xəbərinə görə, İraq ordusu ABŞ-ın dəstəyi ilə Ənbar vilayətində genişmiqyaslı əməliyyata başlamaq niyyətindədir. İŞİD liderinin verdiyi əmrin təşkilatın lider heyətinə qarşı müvəffəqiyyətli hava əməliyyatlarından sonra verildiyi bildirilir.

Ənbar vilayətindəki polis səlahiyyətlisi Setar Dileminin sözlərinə görə, Bağdadinin Suriyaya geri çəkilməsi üçün əmr verdiyi İŞİD-çilərin çoxu ruslar, almanlar və amerikalılardır.

Qeyd edək ki, İŞİD 27 may 2015-ci ildə Ənbar vilayətinin inzibati mərkəzi olan Ramadini ələ keçirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR