Türkiyədəki təxribatlarda əcnəbi izi: polisə daş atan alman və fransız tutuldu - FOTO
Bizi izləyin

Dünya

Türkiyədəki təxribatlarda əcnəbi izi: polisə daş atan alman və fransız tutuldu - FOTO

Avropaya keçmək üçün Yunanıstan və Bolqarıstan sərhədindəki Ədirnə şəhərinə hərəkət edən qaçqınların arasına avropalı təxribatçılar sızıb.

Publika.az Türkiyə mediasından istinadən xəbər verir ki, Almaniya vətəndaşı Nora Sopia və Fransa vətəndaşı Çarlotte Lekalle dünən polisə daş atarkən tutulub.

Qaçqınları da polisə daş atmasına təşviq edən təxribatçıların 2013-cü ildəki Gəzi Parkı hadisələrində də eyni vəzifəni yerinə yetirdiyi ortaya çıxıb.

Məlumata görə, Ədirnəyə piyada hərəkət edən qaçqınlar polislər tərəfindən dayandırılıb. Polis onların müvaviq nəqliyyat vasitələri tərəfindən aparılacağını bildirib. Qaçqınların çox hissəsi polisin tələbini qəbul edərək geri dönməyə razı olub. Bir qrup qaçqın isə oturaq aksiyaya başlayıblar. Bu vaxt qaçqınların arasına sızan təxribatçılar “iş”ə başlayıblar. Alman və fransız təxribatçılar qaçqınları hərəkətləndirərək polisə daş atıblar.

Vəziyyətin gərginləşdiyini görən polis təxribatçıları saxlayıb. İstanbul Polis Təşkilatı polisə daş atarkən saxlanılan təxribatçıların Gəzi Parkı hadisələrində də aktiv rol oynadığını müəyyənləşdirib. 28 yaşındakı Nora Sopia və 29 yaşındakı Çarlotte Lekalle Gəzi Parkı hadisələrində İstanbula gələrək etiraz aksiyalarının genişlənməsində mühüm rol oynamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm