ABŞ və kürdlərin yeni planı: Türkiyəyə qarşı son hücum başlayıb
Bizi izləyin

Dünya

ABŞ və kürdlərin yeni planı: Türkiyəyə qarşı son hücum başlayıb

Suriyalı kürdlər Suriya-Türkiyə sərhədində yerləşən sərhəd şəhəri Cerablusu İŞİD-in əlindən almaq üçün plan hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Independent” qəzetinin Yaxın şərq üzrə analitiki Patrik Kokburn deyib.

Onun sözlərinə görə, şəhər suriyalı kürdlərin əlinə keçsə Avropa və digər bölgələrdən İŞİD-ə qatılmaq istəyənlərin keçişi də qeyri-mümkün hala gələcək. “Independent”ə nəşrinə danışan Kobani kantonunun xarici əlaqələr üzrə nümayəndəsinin köməkçisi İdris Nassan qeyd edib ki, Cerablusu azad etmək üçün plan hazırlayıblar. Onun sözlərinə görə, Cerablus İŞİD-in Türkiyə sərhədindəki son keçid nöqtəsidir.

Kokburna görə, bu vəziyyət Suriyanın şimalında kürdlərin yüksəlişindən narahatlıq keçirən Türkiyəni də qəzəbləndirə bilər. Onun fikrincə, kürdlərin sözügedən planı Türkiyə və ABŞ arasında İncirlik hərbi hava bazası ilə bağlı razılaşmanın detallarına ziddir. Belə ki, Türkiyə YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı) Firat çayının qərbinə irəliləməsinin qəti əleyhinədir.

Hazırda Türkiyə ilə sərhəddə yerləşən Şimali Suriyanın tamamilə kürdlərin əlinə keçmək təhlükəsi var. Belə ki, İraq kürd muxtariyyətinin nəzarətində olan Şimali İraq sərhədindən Suriyanın Kobani vilayətinə qədər olan ərazilər kürdlərin nəzarətindədir. Kürdlər həmçinin Afrin kontonuna nəzarət edir. Kobanidən Afrin kontonuna qədər olan ərazilərin böyük qismi İŞİD-in, kiçik bir zolağı isə mülayim Suriya müxalifətinin əlindədir. Hələbin Azaz vilayətini əhatə edən bu ərazilər Türkiyə ilə sərhəddir. Türkiyəni burada Öncüpnar sərhəd-keçid məntəqəsi ayırır. Türkiyə bu kiçik dəhlizlə Suriya müxalifətinə öz yardımlarını verir.

Ekspertlər hesab edirlər ki, Cerablusun kürdlərin əlinə keçməsi Suriyanın şimalında yaradılması planlaşdırılan “kürd dəhlizi”nin önünü açacaq.

Amma rəsmi Ankaranın açıqladığı “qırmızı xətt”lərdə PYD-nin Fərat çayını keçməməsi əsas müddəadır. İddialara görə, Ankara Vaşinqtona da xəbərdarlıq edib ki, kürd qüvvələr Fərat çayının Qərbinə keçəcəyi təqdirdə Türkiyə ordusu dərhal hərbi müdaxilə edəcək.

Lakin Ankaranın xəbərdarlığının hansı müddətə qədər okeanın o tayında diqqətə alınacağı qeyri-müəyyəndir. Türkiyənin bu xəbərdarlığının ABŞ tərəfindən qulaqardına vurulacağı ilə bağlı siqnallar da artıq verilməyə başlanılıb. İki gün əvvəl ABŞ rəsmi şəkildə bəyan etdi ki, İŞİD-lə mübarizədə PYD Vaşinqtonun əsas müttəfiqlərindən biridir. ABŞ İŞİD-ə qarşı mübarizədə PYD-ni (Türkiyə tərəfindən terror təşkilatı kimi qəbul edilir) silahdıracağını deməkdən də çəkinmir. Və ehtimal etmək olar ki, ABŞ Türkiyə-Suriya sərhədindəki strateji məntəqələrdən biri hesab olunan Cerablusun İŞİD-in əlindən alınaraq kürdlərin əlinə keçməsinə yardım edəcək və beləliklə “kürd dəhlizi”nin tamamlanması üçün növbəti addım atacaq.

Əlavə edək ki, ABŞ-ın “kürd dəhlizi” planı indiyə qədər bu bölgə üçün qurulan bütün ssenarilərin onurğa sütunu hesab oluna bilər. Son məqsəd Türkiyə ilə ərəb dünyası arasında birbaşa əlaqənin yox edilməsidir. Başı daxili qarşıdurmalara qarışan Türkiyənin isə bu plana hazırkı dönəmdə müqaviməti olduqca azdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm