Baş nazir parlamentdə yumurta atəşinə tutuldu – VİDEO
Bizi izləyin

Dünya

Baş nazir parlamentdə yumurta atəşinə tutuldu – VİDEO

Kosovanın baş naziri İsa Mustafa parlamentdə yumurta atəşinə tutulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazirin Kosova və Serbiya arasında Brüsseldə imzalanan razılaşmalar barədə çıxışı müxalifət partiyalarını təmsil edən millət vəkillərinin etirazına səbəb olub.

Baş nazirin mühafizəçiləri zala daxil olaraq onu çətirlə qorumağa çalışıblar. İsa Mustafa mühafizəçilərin əhatəsində çölə çıxarılıb. Ardınca isə iqtidar və müxalifət millət vəkilləri arasında qarşıdurma yaranıb. İqtidarı təmsil edən millət vəkillərinin zaldan çıxması ilə gərginlik başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm