ŞOK İDDİA: Kameron donuzla cinsi əlaqədə olub
Bizi izləyin

Dünya

ŞOK İDDİA: Kameron donuzla cinsi əlaqədə olub

İngiltərənin baş naziri Devid Kameron barəsində şok bir iddia irəli sürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, gündəmdə bomba effekti yaradan iddia Lord Mişel Aşkroft və İzabel Oakeşott tərəfindən Devid Kameron haqqında yazılan kitabda yer alıb.

Yazarlar iddia edir ki, İngiltərənin baş naziri tələbə olarkən təhsil aldığı Oksford Universitetindəki əyləncə klubuna qəbul olmaq üçün bu addımı atıb.

“The Daily Mail” qəzetinin xəbərinə görə, İngiltərənin baş nazirinə yaxın mənbələr Kameronun əleyhinə olan sensasiyalı iddiaları qəbul etmədiyini bildiriblər. İddiaya görə, kitabın müəlliflərindən olan Lord Mişel Aşkroft əhəmiyyətli bir vəzifəyə gəlməsinə maneə olduğu üçün dörd ildir ki, Devid Kamerona qarşı müxalif mövqedədir.

Sensasiyalı iddia qısa müddət ərzində sosial şəbəkələrdə zarafatın mövzusu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm