• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Putinin üç variantı: müharibə, natamam sülh və...

  • Dünya
  • 23 Sentyabr 2015 08:55
  • 1 345 Baxış
Putinin üç variantı: müharibə, natamam sülh və...

“Rusiya prezidenti Vladimir Putin üçün Donbas hövzəsində əsas problem “Novorossiya” layihəsinin gələcəyidir”.

Publika.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Leonid Radzixovski “Novaya vremya” nəşri üçün yazdığı məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Kremldə hadisələrin inkişafının üç variantı var. Jurnalist qeyd edir ki, bu variantlardan birincisi döyüş əməliyyatlarının yenidən kəskinləşməsindən ibarətdir. Ancaq Leonid Radzixovski Putinin buna gedəcəyinə inanmır. O, hesab edir ki, Putində bunun üçün mənəvi güc yoxdur.

Kremlin ikinci variantı, müəllifin fikrincə, Minsk razılaşmalarının natamam yerinə yetirilməsidir: “Sərhəd bağlanmır, amma Rusiya elan edir ki, razılaşmaların öz üzərinə düşən hissəsini yerinə yetirib. Moskva bildirir ki, Donbas hövzəsində onun nizami ordusu yoxdur, amma eyni zamanda bütün könüllüləri təqib etmək iqtidarında deyil. Yəni, nəyi bacarıblarsa, onu da ediblər. Beləliklə, bu variant danışıq prosesinin sonsuza qədər uzadılmasına xidmət edir”.

Leonid Radzixovski yazır ki, Rusiya üçün üçüncü variant Minsk prosesinin yenidən başladılmasıdır. Jurnalist bunun Putin üçün mükəmməl variant olduğunu düşünür. O, qeyd edir ki, üçüncü variantın işə salınması Moskvaya Ukrayna və Avropa Birliyi arasında imzalanan assosiativ sazişin icrasının növbəti dəfə uzadılması imkanını verə bilər. Eyni zamanda Radzixovski hesab edir ki, bu oyun keçməyəcək: “Avropalılar iki müxtəlif prosesi bir-birinə bağlamağa razılaşmayacaqlar. Onlar assosiativ sazişin icrasını bir dəfə təxirə salıblar və bunu ikinci dəfə etməyəcəklər”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR