“Sağ sektor” Kiyevin nəzarətinə keçir
Bizi izləyin

Dünya

“Sağ sektor” Kiyevin nəzarətinə keçir

Ukraynanın “Sağ sektor” radikal qruplaşmasının döyüşçüləri Təhlükəsizlik Xidmətinin tərkibinə daxil olan “Alfa” dəstəsinə birləşməyə hazırlaşırlar.

Publika.az xəbər verir ki, bu barədə “Sağ sektor”un lideri Dmitri Yaroş “Ukraynskaya Pravda”nəşrinə müsahibəsində deyib.

Yaroşun sözlərinə görə, artıq onlarla döyüşçü müqavilələri imzalamağa hazırdır.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahından iyul ayında bildiriblər ki, “Sağ sektor”un 200-dən çox döyüşçüsü ordu sıralarına daxil olub.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2014-cü ilin noyabrında “Sağ sektor”u ekstremist təşkilat tanıyıb və Rusiya ərazisində onun fəaliyyəti qadağan edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm