İsveçə CV göndərdiyinə görə rusiyalı mühəndis həbs olundu
Bizi izləyin

Dünya

İsveçə CV göndərdiyinə görə rusiyalı mühəndis həbs olundu

Rusiya hərbi kəşfiyyatının keçmiş əməkdaşı, mühəndis Gennadi Kravçov İsveç şirkətində işə düzəlməyə cəhd etdiyinə görə 14 illik həbs cəzasına məhkum olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prokurorlar Kravçovun CV-də məxfi sayılan məlumat aşkarlayıblar. Dövlətə xəyanətdə ittiham olunan Kravçov günahsız olduğunu deyib. Müttəhimin vəkili İvan Pavlovun sözlərinə görə, qapalı keçirilmiş məhkmədə hakim müdafiənin bütün vəsatətlərini rədd edərək şahidlərin çıxışına da imkan verməyib.

Kravçov 1990-2005 illərdə Rusiyanın hərbi kəşfiyyatı QRU-da kəşfiyyat məqsədilə kosmosa göndərilən peyklərlə radio mühəndis kimi işləyib.

Bu işin dövlət sirri baxımından həssaslığı ilə bağlı, Kravçova QRU-nu tərk etdikdən sonra beş il ərzində təhlükəsizlik sahəsində işə düzəlmək qadağan olunub.

Həmin müddət başa çatandan sonra, o, İsveç şirkətinə CV göndərib. Bu hadisədən 4 il sonra isə Kravçov həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm