Üçqat Oskar mükafatçısı serialı ilə Amerikanı ifşa etdi - VİDEO
Bizi izləyin

Dünya

Üçqat Oskar mükafatçısı serialı ilə Amerikanı ifşa etdi - VİDEO

Üçqat Oskar mükafatçısı, məşhur amerika rejissor Oliver Stoun ABŞ-ın izah edilməyən tarixi adlı yeni serialından danışıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rejissor yeni serialında ABŞ-ın keçmiş prezidenti Con Kennediyə sui-qəsd, Vyetnam müharibəsi və 11 sentyabr hücumlarının qaranlıq məqamlarına işıq salmağa çalışıb.

Məşhur rejissor qeyd edib ki, serial üçün apardığı araşdırmalarda onu ən çox heyrətləndirən məqam ABŞ-ın Yaxın Şərq siyasəti olub.

“SSRİ çökmüşdü və Yaxın Şərq regionu yeganə supergüc olaraq ABŞ-a qalmışdı. Ora girdik, amma çıxa bilmədik. Öz yaratdığımız xaosa görə İŞİD-i günahlandırırıq. Yaxın Şərqə müdaxilələrimiz çox mənfur idi”, - rejissor ABŞ-ın Yaxın Şərqə müdaxiləsini tənqid edib.

O, Amerikanın təhdid altında olmadığını, əksinə Amerikanın özünün təhdid olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm