PKK-çılar necə yetişdirilir? – HDP-nin yeni oyunu ortaya çıxdı
Bizi izləyin

Dünya

PKK-çılar necə yetişdirilir? – HDP-nin yeni oyunu ortaya çıxdı

Türkiyə Xalq Demokratik Partiyasının (HDP) üzvlərinin rəhbərlik etdiyi bələdiyyələr təlim-tədris mərkəzi adı ilə açdığı “Təhsilə Dəstək Evləri”ndə PKK terror təşkilatı üçün silahlılar yetişdirir.

Publika.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, “Təhsilə Dəstək Evləri”ndə keçirilən dərslər arasında PKK ideologiyası və tarixi də var.

Müəllimlər dərslərə terrorçuların uniforması ilə gəlirlər. Maddi vəziyyəti yaxşı olmayan ailələrin uşaqları sözügedən mərkəzlərə cəlb edilir və onların PKK ideologiyası və tarixini öyrənməsi təmin edilir.

Beləliklə, həm şəhər, həm də dağ heyətlərinə terrorçular qazandırmaq üçün uşaqların beyinləri yuyulur. Gəncləri ali məktəblərə hazırlamalı olan “Təhsilə Dəstək Evləri”ndə əsas dərslər arxa plana keçirilir. Şagirdlərə daha cəlbedici görünməsi üçün isə HDP əlavə olaraq teatr, rəsm və musiqi kimi dərslər də keçir.

Kəşfiyyat hesabatlarına görə, terror aktlarında iştirak edən YDG-H (PKK-nın gənclik qanadı) üzvlərinin böyük əksəriyyəti eyni zamanda orta məktəb şagirdləridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm