İran İsraili məhv edəcəyi tarixi AÇIQLADI
Bizi izləyin

Dünya

İran İsraili məhv edəcəyi tarixi AÇIQLADI

İran ordusunun baş komandanı Ətaullah Salehi İsraili təhdid edib.

Publika.az İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, general-mayor İsraili 25 il ərzində məhv etməyə hazırlaşdığını deyib.

“Dəqiqdir ki, biz İsraili tamamilə məhv edəcəyik. Biz İsraili 25 il ərzində məhv etmək üçün səbirsizliklə onların hücumunu gözləyirik”, - Ətaullah Salehi qeyd edib.

Qeyd edək ki, sentyabrın 9-da İranın ali dini lideri Ayətullah Xameneyi növbəti 25 il ərzində İsrailin məhv olunacağını bildirdi. “Allah qoysa, yaxın 25 il ərzində Yer kürəsində sionist rejim olmayacaq”, - dini lideri söyləyib.

Tehran və Təl-Əviv arasında diplomatik münasibətlər 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra kəsilib. Tehran İsrail dövlətinin mövcudluğunu tanımır və onun ünvanına daim sərt bəyanatlarla çıxış edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm