Ərdoğan “Ak Saray”dan çıxarılacaq - Parlamentin qərarı
Bizi izləyin

Dünya

Ərdoğan “Ak Saray”dan çıxarılacaq - Parlamentin qərarı

Cümhuriyyət Xalq Partiyasının (CHP) Yalova millət vəkili Məhərrəm İncə prezident Rəcəb Tayyib Ərdoğanın prezident sarayından (“Ak Saray”) çıxarılaraq Çankaya Köşkünə daşınması üçün qanun layihəsi hazırlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanun layihəsinə uyğun olaraq prezident Ankaradakı Çankaya Köşkündə yerləşəcək və buranı başqa bina ilə dəyişdirilə bilməyəcək.

Məhərrəm İncə “Ak Saray”ın boşalmasından sonra onun muzey olaraq fəaliyyətə başlayacağını söyləyib.

“Ak Saray”ın tikintisi 2011-ci ildə başlayıb. Sarayda baş nazirin dəftərxanasının yerləşəcəyi bildirilsə də Rəcəb Tayyip Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra binanı prezident iqamətgahı elan edib. Prezident sarayının tikintisini tənqid edən müxalifət partiyaları tikinti işlərinə böyük vəsaitlərin xərcləndiyini iddia edirlər. Maliyyə naziri Mehmet Şimşək sarayın tikintisinə 615 milyon dollar xərcləndiyini bildirib.

Ankarada qorunan "Atatürk" meşə təsərrüfatının ərazisində prezident sarayının tikintisinə qarşı çıxış edən Türkiyə Memarlar Palatası Ali Məhkəmə Şurasına Ankara məhkəməsinin prezident sarayının tikintisinə icazə verən qərarının ləğv edilməsi iddiası ilə Türkiyə Ali Məhkəmə Şurasına müraciət edib. Ali Məhkəmə Şurası 26 may 2015-ci ildə Ankara məhkəməsinin "Ak Saray" prezident sarayının tikintisinə icazə verən qərarını ləğv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm