• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyədə erməni dilində yazılar qalmaqal yaratdı – FOTO

  • Dünya
  • 23 Sentyabr 2015 13:40
  • 1 201 Baxış
Türkiyədə erməni dilində yazılar qalmaqal yaratdı – FOTO

Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunun girişindəki alaqapıya ermənicə “Xoş gəlmişsiniz” və “Gülə-gülə” sözlərinin yazılması ölkə ictimaiyyəti, habelə Türkiyədə fəaliyyət göstərən QHT-lər tərəfindən birmənalı qarşılanmayıb.

Publika.az-ın məlumatına görə, Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) bu istiqamətdə aidiyyəti qurumlara müraciət edib.

Beynəlxalq Diaspor Mərkəzi (BDM) də bu hadisə ilə əlaqədar olaraq bəyanat qəbul edib. Həmin bəyanatda deyilir ki, qardaş Türkiyə Respublikasında ermənilərin həyata keçirdiyi fəaliyyətlər son aylar daha geniş vüsət almaqdadır:

“Türkiyənin müxtəlif şəhərlərində öz çirkin təbliğatlarını aparmaqla sanki qondarma “tarixi erməni dövlətini” qurmaqdadırlar. Təəssüflər olsun ki, onlara bu fəaliyyətlərində Türkiyədə PKK-nın siyasi qanadı olan Halkların Demokratik Partisi (HDP) dəstək verməkdədir. Bu partiya tərəfindən Türkiyənin cənub-şərq bölgəsində bələdiyyə seçkilərində üstünlük əldə etməsi ermənilərin bu ərazidə əl-qolunun açılmasına səbəb olub. Bu torpaqlarda minlərlə müsəlmanları amansızcasına qətlə yetirən ermənilərin oylağına çevrilməsinə dəstək göstərmək, HDP-nin öz xalqına və dövlətinə qarşı xəyanəti hesab etmək olar. Ermənilərin adına küçə qoymaq, sərhədləri açmağa təşəbbüs etmək, qondarma “erməni soyqırımı” abidəsini ziyarət etmək, şəhər və qəsəbə girişlərində erməni dilində yazılar və s. bu kimi çirkin addımlar minlərlə şəhidin ruhuna qarşı hörmətsizlikdir. Bu günlərdə İğdır vilayətinin Tuzluca qəsəbəsində növbəti erməni təbliğatının aparılması bizlərin səbir kasasını daşırmaqdadır. Qəsəbənin giriş və çıxışlarına erməni dilində “Xoş gəlmişsiniz” və “Gülə-gülə” ifadəsi yazılıb. Əslində bu, böyük bir təxribatdır və təhlükəli addımlardan xəbər verir. Ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını reallığa çevirmək məqsədilə türk düşmənləri Türkiyədə açıq fəaliyyətə başlayıblar. Tuzlucadakı bu hadisəni şiddətlə qınayaraq bu torpaqlarda uyuyan şəhidlərimizə qarşı atılan çirkin addımlara cavabsız qalmayacağımızı qətiyyətlə bildiririk. HDP-li bələdiyyə sədrlərinin ermənipərəst fəaliyyətlərini riyakarlıq olaraq qəbul edir, Türkiyə dövlətindən və hökumətindən bu hərəkətlərə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. Türkiyə qanunlarından və türk demokratiyasından sui-istifadə edən destruktiv qüvvələr və xüsusilə HDP təmsilçilərinin ermənipərəst addımlarının qətiyyətlə qarşısının alınmasını tələb edirik. İnanırıq ki, Türkiyə dövləti tarixin təkrar olunmasına izin verməyəcək və ölkədə vüsət alan erməni təbliğatının tezliklə qarşısını alacaqdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR