Moskvada Cümə məscidinin açılışı oldu
Bizi izləyin

Dünya

Moskvada Cümə məscidinin açılışı oldu

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Cümə məscidinin yenidənqurmadan sonra açılışı olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, mərasimin açılışında çıxış edən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin məscidin açılışını bütün müsəlman dünyası üçün mühüm hadisə adlandırıb.

Daha sonra Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdin Qurani-Kərimdən “Fatihə” surəsini oxuyub. O, çıxışında məscidin açılışını sülhün möhkəmlənməsinə və xalqlar arasında mehriban və qarşılıqlı münasibətlərin inkişafına imkan yaradan tarixi hadisə adlandırıb. Ravil Qaynutdin məscidin bərpa olunmasında Rusiya və Türkiyə hökumətlərinə təşəkkür edib. O, ianəçilərə də təşəkkür edib. Ravil Qaynutdin məscidin bərpası üçün xərclənən 170 milyon dolların əhəmiyyətli hissəsinin sadə dindarlar tərəfindən ödənildiyini deyib. Rusiya Müftiləri Şurasının sədri milyarder Süleyman Kərimovun da layihəyə dəstək verdiyini diqqətə çatdırıb.

Daha sonra Fələstin dövlət başçısı Mahmud Abbas çıxış edib. O, məscidin bərpasına şəxsən 25 min dollar verdiyini deyib. Mahmud Abbas qeyd edib ki, məscidin açılışı Rusiyada müxtəlif xalqların mehriban yaşadığını göstərir.

Tədbirdə çıxış edən Rusiya prezidenti Vladimir Putin islamın Rusiya həyatının ayrılmaz hissəsi olduğunu deyib. Putin məscidin açılışının Rusiya müsəlmanları üçün böyük hadisə olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm