“Facebook” istifadəçilərini izləyir - İDDİA
Bizi izləyin

Dünya

“Facebook” istifadəçilərini izləyir - İDDİA

Dünyanın ən böyük sosial şəbəkələrindən olan “Facebook” istifadəçilərini izləyir.

Publika.az xəbər verir ki, bununla bağlı Belçika Təhlükəsizlik Komissiyası məlumat yayıb.

İddia edilir ki, “Facebook” ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) üsullarından istifadə edir. İstifadəçilər “Facebook”dan çıxandan sonra belə onlar izlənilir və internetdən hansı məqsədlə istifadə etmələrinə uyğun onlara reklamlar göndərilir.

Bu iddialara görə, Belçika hökuməti “facebook”u məhkəməyə verib. İddialar təsdiqlənsə, “Facebook” bir günə görə 250 min avro ödəməli olacaq.

Yayılan açıqlamada bidirilib ki, bu addımla “facebook” Avropa Birliyi və Belçika hökumətinin gizlilik qanunlarını pozub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm