• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Karayılanın sağ qolundan şok etiraf: “Yox olub gedəcəyik”

  • Dünya
  • 23 Sentyabr 2015 20:05
  • 1 657 Baxış
Karayılanın sağ qolundan şok etiraf: “Yox olub gedəcəyik”

PKK terror təşkilatının liderlərindən olan Murad Karayılanın uzun illər ən yaxın silahdaşı olan və ən çox güvəndiyi şəxs ötən həftə təhlükəsizlik güclərinə təslim olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-çı Türkiyə Silahlı Qüvvələrinin son vaxtlar təşkilata endirdiyi ağır zərbələrlə bağlı şok etiraflar edib.

Onun sözlərinə görə, Murad Karayılan PKK-nın yer üzündən silinməsinə az qaldığını deyib: “Türkiyə Cümhuriyyəti qərarlıdır, belə davam edə bilmərik. Yox olub gedəcəyik”.

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, təslim olan PKK-çı Karayılan və təşkilatla əlaqədar əhəmiyyətli məlumatlar verib.

“Yeni qatılanların çoxu ya öldü, ya da qaçdı. Son iki ayda verdiyimiz itkilər bir tərəfə, onların ailələrinə hansı cavab verəcəyimizi düşünmək lazımdır. Çoxları övladlarının dağda olduğunu hesab edirlər, amma torpağın altındadırlar. Harada basdırıldıqlarını belə yaddan çıxarmışıq. Bunları düşünün, bir yol tapın”, - o, Karayılanın sözlərini sitat gətirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR