• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin Ərdoğana xeyir-dua verdi

  • Dünya
  • 23 Sentyabr 2015 23:16
  • 631 Baxış
Putin Ərdoğana xeyir-dua verdi

“Rusiya və Türkiyə arasında əlaqələr həm parlament, həm də hökumət səviyyəsində ən yüksək səviyyədə davam edir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla görüşündə deyib.

Türkiyənin parlament seçkilərinə hazırlaşdığını xatırladan Putin Ərdoğanın təmsil olunduğu Ədalət və İnkişaf Partiyasına seçkilərdə uğurlar arzulayıb. İqtisadi əlaqələrə gəlincə, Putinin fikrincə, obyektiv şəraitlə əlaqədar enişə baxmayaraq, Rusiya Türkiyənin ikinci ticari-iqtisadi partnyoru olaraq qalır.

Rusiya prezidentinin sözlərinə görə, investisiyaların həcmi artır və hər iki tərəfdən 10 milyard dollar təşkil edir.

Türkiyə prezidenti Ərdoğan isə bildirib ki, cari ilin ilk altı ayı ərzində ikitərəfli ticarət dövriyyəsinin həcmi 11 milyard dollar təşkil edib. O, 2014-cü ildə bu göstəricinin 31 milyard dollar olduğunu xatırladıb. Ərdoğanın sözlərinə görə, 2023-cü ilə qədər Rusiya və Türkiyə ikitərəfli ticarət dövriyyəsinin həcmini 100 milyard dollara qədər artıra bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR