Çörçilin saatı rekord qiymətə satıldı
Bizi izləyin

Dünya

Çörçilin saatı rekord qiymətə satıldı

II Dünya Müharibəsi ərəfəsində yalnız 4 nüsxədə hazırlanan və İosif Stalinə, Şarl de Qola, Harri Trumenə və Uinston Çörçilə aid olan cib saatlarından biri satılıb.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, dünya müharibəsində qalib gəlməsi münasibətilə Britaniya liderinə hədiyyə edilən saat “Sothebi” auksionunda 750 min dollara satılıb.

Cenevrə saatsazı tərəfindən 4 ədəd hazırlanan bu cib saatı özündə “dünya saatı” mexanizmini əks etdirir. Saatın üzərində isə ingiliscədən tərcümədə qələbə mənasını verən “victory” sözünün baş hərfi V yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm