Roma Papası Ağ EvdəBarak Obama ilə görüşüb
Bizi izləyin

Dünya

Roma Papası Ağ EvdəBarak Obama ilə görüşüb

Roma Papası Fransis Ağ Evdə prezident Barak Obama ilə görüşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki,Barak Obama Fransis ilə sosial və iqtisadi bərabərsizliklə yanaşı, iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərini müzakirə edib.

Papa Fransis həmçinin İslam Dövləti qrupu tərəfindən Suriya və İraqda xristianlar və yezidi dini azlıqlarına qarşı hücumlar barədə danışıb.

Müzakirə olunan məsələlər arasında mühacirət qanunu, İran nüvə razılaşması, Birləşmiş Ştatlar və Kuba arasında əlaqələrin normallaşması da olub. Administrasiya rəsmiləri bildirib ki, papanın iki ölkə arasında əlaqələrin bərpasında rolu böyükdür.

Prezident Obama ilə görüşündən sonra Fransis Milli Parkda paradda iştirak edib.​ Sonra Roma Katolik kilsəsində dini ayinə qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm